- 10:44
Rusiya Silahlı Qüvvələri Odessa vilayətindəki Odessa və Yujnı limanlarında infrastruktur obyektlərinə zərbələr endirib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Odessa vilayətində Odessa və Yujnı limanlarında hərbi təyinatlı yüklərin, eləcə də yanacaq-sürtkü materiallarının boşaldılması və saxlanılması üçün istifadə olunan infrastruktur obyektləri vurulub.
Həmçinin Odessa limanında Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün nəzərdə tutulmuş yanacaq-sürtkü materialları saxlanılan 5 rezervuar da vurulub.
Humay Eminqızı