- 10:35
Rusiya Silahlı Qüvvələri Kiyevdə “Liutyi” və "Leleka-100" tipli pilotsuz uçuş aparatlarının (PUA) yığıldığı müəssisəni vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kiyev şəhərində "Kyiv-1" radioelektronika müəssisəsinə məxsus PUA anbarı vurulub. Bu müəssisədə uzaq mənzilli, təyyarə tipli AN-196 "Liutyi" zərbə PUA-larının və "Leleka-100" kəşfiyyat PUA-larının yığılması və saxlanılması, həmçinin müxtəlif modifikasiyalı PUA-lar üçün ehtiyat hissələrinin saxlanılması həyata keçirilirdi.
Humay Eminqızı