- 11:58
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinin Suzemka qəsəbəsinə zərbə endirib.
E-huquq.az xəbər verir ki, regionun qubernatoru vəzifəsini icra edən Yeqor Kovalçuk bu barədə öz “Telegram” kanalında məlumat yayıb.
Hücüm "Qrad" reaktiv yaylım atəşi sistemi ilə həyata keçirilib.
Hadisə nəticəsində 15 yaşlı qız və onun nənəsi vəfat edib. 1 nəfər isə yaralanıb.
İlkin məlumatlara görə, zərbə nəticəsində bir ev tamamilə dağılıb, dörd evə, mülki avtomobillərə ziyan dəyib.
Humay Eminqızı