Benqal körfəzində gəmilərin toqquşması nəticəsində azı 500 nəfərin həlak olduğu ehtimal edilir


  • 11:58

Myanmadan Banqladeşə doğru hərəkət edən rohinca qaçqınlarını daşıyan iki gəminin Benqal körfəzində toqquşması nəticəsində azı 500 nəfərin həlak olduğu ehtimal edilir.

E-huquq.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına istinadən xəbər yayıb.

Məlumata görə, təxminən 530 qaçqının olduğu gəmilər iyunun sonunda Myanmanın Raxayn əyalətindən yola düşüb. İyulun əvvəlində onlar Banqladeşə gedərkən hələlik dəqiqləşdirilməmiş şəraitdə, ehtimal ki, əlverişsiz hava şəraitinin səbəb olduğu toqquşma nəticəsində batıblar.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılmayıb.

Hadisə və həlak olanların sayı hələ rəsmi şəkildə təsdiqlənməyib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2025-ci ildə 6,5 mindən çox rohinca Myanmadan dəniz yolu ilə Banqladeşə keçməyə cəhd edib. Onlardan təxminən 900 nəfər həlak olub və ya itkin düşüb.

Humay Eminqızı

Oxşar xəbərlər