Türkiyədə sərnişin avtobusunda 120 silah ələ keçirildi


  • 13:11

Türkiyənin İstanbul şəhərində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən cinayətkar qrupların fəaliyyətlərinin aşkar edilməsi və qarşısının alınması istiqamətində tədbirlər çərçivəsində sərnişin avtobusunda 120 silah aşkar edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Baş Prokurorluğun koordinasiyası ilə həyata keçirilən əməliyyat zamanı silahların olduğu avtobus Tuzla TEM magistralında saxlayıblar.

Nəqliyyatda ətraflı axtarış aparan polis əməkdaşları ehtiyat yanacaq çəninin arxasında hazırlanmış bölmədə 120 ədəd tapança aşkar ediblər.

Əməliyyat zamanı 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər