- 13:28
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 802 pilotsuz uçuş aparatını (PUA) vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 8 idarə olunan aviabomba da məhv edilib.
Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 182 526 pilotsuz uçuş aparatı (PUA), 66 603 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 783 səhra artilleriya qurğusu və minaatan, 30 174 ədəd tank və digər zirehli döyüş texnikası, 1 758 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 666 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.
Humay Eminqızı