Peskov beynəlxalq iqtisadiyyatdakı vəziyyəti acınacaqlı kimi səciyyələndirib


  • 15:25

Rusiyanın hazırkı iqtisadi artım templəri qeyri-kafidir.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezidentin (Rusiya Prezidenti Vladimir Putin - red.) dəfələrlə qeyd etdiyi kimi, artım templəri qeyri-kafi səviyyədədir və onların yetərsiz olduğu qəbul edilib. Bundan əlavə, qlobal iqtisadiyyat bütövlükdə hazırda olduqca acınacaqlı vəziyyətdədir. Buna qismən Fars körfəzindəki kimi münaqişələrin doğurduğu nəticələr səbəb olub. Qərbi Avropa dövlətləri və bəzi Asiya ölkələri də iqtisadi çətinliklərlə üzləşirlər. Təbii ki, Rusiya da bu baxımdan təcrid olunmuş vəziyyətdə qala bilməz", - Peskov deyib.

O, Rusiya iqtisadiyyatındakı vəziyyətin ümumilikdə sabit olduğunu və çətinliklərin kritik xarakter daşımadığını vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər