Məzmuna keç

ABŞ Konqodan qayıdan vətəndaşları üçün məhdudiyyət tətbiq edir

ABŞ Dövlət Departamenti Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasının yayılması səbəbindən bu ölkəyə səfər etmiş ABŞ vətəndaşlarının ölkəyə girişinə əlavə məhdudiyyətlər tətbiq edib.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat ABŞ-nin KDR-dəki səfirliyinin veb-saytında dərc olunub.

Yeni qaydalara əsasən, Amerika vətəndaşları KDR-i tərk etdikdən yalnız 21 gün sonra üçüncü ölkələr vasitəsilə ABŞ-yə qayıda biləcəklər.

Qeyd edək ki, iyulun 11-də Konqo Demokratik Respublikasında ABŞ vətəndaşları arasında ikinci Ebola yoluxması faktı qeydə alınıb.

Humay Eminqızı