- 16:59
Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağınd atəşkəsi pozması nəticəsində 4 nəfər ölüb, 28 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 1 127 nəfərə, yaralananların sayı isə 3 643 nəfərə çatıb.
Dağıntılar altından 800 cəsəd çıxarılıb.
İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 250 nəfərə, yaralananların sayı isə 173 751 nəfərə çatıb.
Humay Eminqızı