- 16:47
Yaponiya parlamentinin aşağı palatası olan Nümayəndələr Palatası təbii fəlakətlər və fövqəladə hallar zamanı Tokionun əsas dövlət funksiyalarının fasiləsiz fəaliyyətini təmin edəcək "ikinci paytaxt"ın yaradılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ riski yüksək olan Yaponiyada mümkün təbii fəlakətlərə hazırlıq çərçivəsində mühüm qərar verilib.
Hakim Liberal Demokrat Partiyası (LDP) və koalisiya tərəfdaşı Yaponiya İnnovasiya Partiyasının (YİP) təqdim etdiyi qanun layihəsinə əsasən, ölkədə ehtiyat paytaxtın yaradılması üçün hüquqi baza formalaşdırılacaq.
Qanun layihəsinə görə, Baş nazir əhalinin sayı, iqtisadi potensial və digər meyarları nəzərə alaraq prefekturalardan daxil olan müraciətlər arasından ikinci paytaxt kimi istifadə olunacaq bölgəni müəyyənləşdirəcək.
Hakim partiyalar bildirirlər ki, namizəd bölgə Tokio ilə eyni təbii fəlakət risklərini daşımamalıdır. Bu yanaşmanın məqsədi paytaxtın hər hansı fövqəladə vəziyyət zamanı fəaliyyət qabiliyyətinin qorunmasını təmin etməkdir.
LDP və JIP qanun layihəsinin parlamentin yuxarı palatası olan Müşavirlər Palatasında da cari qanunvericilik dövrü başa çatmadan qəbul edilərək qüvvəyə minməsini hədəfləyir.
Şəbnəm Mehdizadə