ABŞ Bəndər-Abbas yaxınlığındakı hədəflərə raket zərbələri endirib


  • 20:34

ABŞ İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər-Abbas şəhəri ətrafındakı bəzi hədəflərə raket zərbələri endirib.

E-huquq.az xəbər verir ki, hücum təxminən bir saat əvvəl baş verib və ABŞ raketləri Bəndər-Abbas ətrafındakı bir neçə məntəqəni hədəfə alıb.

Məlumata görə, hücum nəticəsində mümkün itkilər və dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Bəndər-Abbas İranın ən böyük liman şəhəri olmaqla yanaşı, ölkənin əsas ticarət limanlarından birinə ev sahibliyi edir.

Oxşar xəbərlər