Trampın xalqa müraciəti seçkilərin təhlükəsizliyinə həsr olunacaq


  • 00:03

ABŞ Prezidenti Donald Trampın amerikalılara edəcəyi televiziya müraciəti seçkilərin təhlükəsizliyinə və xarici müdaxilə iddialarına həsr olunacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Tramp ABŞ-ın şərq sahili vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə iyulun 17-si saat 05:00-da) xalqa geniş müraciətlə çıxış edəcək.

Livitt qeyd edib ki, prezident çıxışında ABŞ-da seçkilərin toxunulmazlığının qorunması məsələsinə toxunacaq.

Oxşar xəbərlər