- 09:17
Türkiyənin Əskişəhər şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 24 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Əskişəhər-Kütahya avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Qəza barədə məlumat daxil olduqdan sonra əraziyə polis, jandarma, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan 24 sərnişin təcili tibbi yardım əməkdaşları tərəfindən müxtəlif xəstəxanalara çatdırılıb.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Şəbnəm Mehdizadə