İspaniyada meşə yanğı 12 000 hektardan çox ərazitə yayılıb


  • 14:55

İspaniyanın Araqon muxtar bölgəsində meşə yanğınının sahəsi 12 000 hektarı keçib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın iyulun 15-də başlayıb.

Təhlükəsizlik məqsədilə ümumilikdə təxminən 1000 nəfərdən ibarət 5 kiçik yaşayış məntəqəsinin sakinləri təxliyə edilib.

Yanğın səbəbindən bir sıra yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Alovla mübarizəyə yüzlərlə canlı və texniki qüvvə cəlb olunub.

Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Humay Eminqızı

Oxşar xəbərlər