- 9 Avqust 23:14
Türkiyədə mərkəzi İstanbul olmaqla 8 vilayətdə FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirilən əməliyyat çərçivəsində 24 nəfər saxlanılıb.
Saxlanılan şübhəli şəxslərdən 16-sı barəsində həbs qətimkan tədbiri seçilib.
Daha 6 nəfər haqqında isə məhkəmə nəzarəti qətimkan tədbiri tətbiq olunub.
Digər şübhəlilərlə bağlı prosessual tədbirlərin davam etdiyi bildirilib.
Şəbnəm Mehdizadə