- 16:24
Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq Rusiyaya qarşı "Kiyevə endirilən zərbələrə görə" yeni növ sanksiya tətbiq edib.
E-huquq.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Bəyanatda bildirilir ki, məhdudiyyətlər iyulun 1-də və 5-də Kiyevə endirilən zərbələrlə əlaqədar olaraq tətbiq edilib.
Sanksiyalar 5 fiziki şəxsə və Brüsselin Rusiya zərbə dronları üçün elektron komponentlər istehsal etməkdə ittiham etdiyi "ABS Electro" qrupuna qarşı tətbiq edilib.
Humay Eminqızı