Venesuelada zəlzələlərdə ölənlərin sayı 4930-a çatdı


  • 15:49

İyunun 24-də Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 4930-a yüksəlib.

E-huquq.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigez sosial media hesabında məlumat verib.

O bildirib ki, son məlumatlara əsasən, ölənlərin sayı daha 101 nəfər artaraq 4930-a çatıb. Təbii fəlakət nəticəsində 16 740 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rodrigez həmçinin qeyd edib ki, iyunun 24-də baş verən zəlzələlərdən sonra bölgədə indiyədək 1308 afterşok qeydə alınıb.

Qeyd edək ki, iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər