Afrikada Ebola təhlükəsi davam edir - ÜST-dən xəbərdarlıq


  • 15:54

Afrikada Ebola virusunun yayılması ilə bağlı narahatlıq davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 2 mini, ölənlərin sayı isə 800-ü ötüb.

ÜST ölkədə virusun yayılma tempinin ciddi narahatlıq doğurduğunu bildirib.

Təşkilat epidemiyanın tətbiq olunan nəzarət və profilaktik tədbirlərdən daha sürətlə genişləndiyi barədə xəbərdarlıq edib.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, hazırda dünya tarixində qeydə alınan üçüncü ən böyük Ebola epidemiyası yaşanır.

"Son aylarda virus əvvəlki epidemiyalarla müqayisədə daha sürətlə yayılıb", - deyə o vurğulayıb.

Epidemiyadan təsirlənən digər ölkə olan Uqandada isə müsbət irəliləyiş qeydə alınıb. Ebola virusundan müalicə alan son xəstənin xəstəxanadan buraxıldığı açıqlanıb və ölkədə 42 günlük müşahidə dövrünə start verilib.

Bu müddət ərzində yeni yoluxma halı qeydə alınmasa, ÜST Uqandanı rəsmi olaraq "Eboladan azad ölkə" elan edəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər