- 17:28
Yaxın gələcəkdə Azərbaycanla Rusiya arasında müəyyən birbaşa uçuşların bərpa olunması planlaşdırılır.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında qeyd edib.
"Həmçinin yaxın vaxtlarda 2024-cü ilin dekabrında mülki təyyarəmizlə bağlı baş vermiş məlum faciədən sonra məhdudiyyətlərin tətbiq edildiyi bir sıra istiqamətlər üzrə birbaşa uçuşların bərpası gözlənilir”, - Ceyhun Bayramov deyib.
Humay Eminqızı