- 17:28
"ABŞ ilə İran arasında nizamlanmaya dair memorandum icra olunmur və nəticədə Yaxın Şərqdə təhlükəsizlik riskləri qalmaqdadır".
E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən mətbuat konfransında qeyd edib.
"Nizamlanmaya dair memorandum imzalanarkən, ABŞ və İran tərəfindən atılan addımlara böyük ümidlər bəsləyir və onları fəal şəkildə dəstəkləyirdik. Tərəflər sənəd barədə yüksək fikirlər səsləndirdilər və əvvəlcə hər şeyin az-çox rəvan gedəcəyi təəssüratı yarandı, lakin bu proqnozlar özünü doğrultmadı. Tərəflər bir-birini pozuntularda ittiham edirlər. Raket zərbələri mübadiləsi gedir", - nazir bildirib.
Lavrovun sözlərinə görə, təhlükəsizlik riskləri qalmaqdadır: "İsrail rəhbərliyi açıq şəkildə bəyan edib ki, o, memorandumun müddəaları ilə bağlı öhdəlik daşımır. ABŞ Prezidenti Donald Tramp da bildirib ki, bu memorandum artıq onun üçün qüvvəsini itirib: Lakin İsrail kifayət qədər fəal və hətta deyərdim ki, israrlı şəkildə öz siyasətini həm Livanın cənubunda, həm də Suriyanın cənubunda irəli aparır".
Humay Eminqızı