- 20:28
Çinin cənub-qərbindəki Çunçin şəhərində dağ yamacının uçması nəticəsində ən azı səkkiz nəfər ölüb, 34 nəfər isə itkin düşmüş hesab edilir.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyasının verdiyi məlumatda deyilir.
Hadisənin Penqşuy dairəsində baş verdiyi bildirilib.
Ərazidə yüzlərlə xilasedici işləyir. Hakimiyyət orqanları 1100-dən çox sakini təxliyə edib.