İran Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən gəmiyə zərbə endirdi


  • 17 İyul 23:43

İran Silahlı Qüvvələri Hörmüz boğazından rəsmi Tehranın icazəsi olmadan keçməyə cəhd edən Tailand bayrağı altında üzən gəmiyə zərbə endirib.

E-huquq.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, gəmi İran Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığına məhəl qoymayaraq marşrutunu davam etdirməyə cəhd edib.

Bundan sonra İran Silahlı Qüvvələri gəmiyə hücum edib.

Oxşar xəbərlər