- 01:22
İraqın Ərbil şəhərində ABŞ konsulluğuna yaxınlaşan dörd pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
E-huquq.az xəbər verir ki, bu barədə "Shafaq News" məlumat yayıb.
İraqın təhlükəsizlik strukturlarındakı mənbənin sözlərinə görə, PUA-lar ABŞ konsulluğunu hədəfə almağa cəhd göstərərkən beynəlxalq hava limanı yaxınlığında vurulub.
Hadisə nəticəsində dağıntı və ya itkilərlə bağlı məlumat verilməyib.