- 18:41
Hindistanın qərbindəki Qucarat ştatının Əhmədabad şəhərində qanunsuz fişəng fabrikində baş verən güclü partlayış nəticəsində ən azı səkkiz nəfər ölüb, 15 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə "India TV" məlumat yayıb .
Telekanalın məlumatına görə, partlayış o qədər güclü olub ki, səsləri 5 km aralıdan eşidilib. Hadisə yerində geniş dağıntılar qeydə alınıb. Xilasedicilər dağıntılar altından insanları çıxarmalı olublar.
Hakimiyyət orqanları partlayışın səbəbi və pirotexnika fabrikinin qanunsuz fəaliyyəti üzrə başlayıb.
Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.