- 11:42
İran ordusu pilotsuz uçuş aparatları ilə Küveytdə yerləşən ABŞ hərbi bazalarına iki cavab zərbəsi endirdiyini bəyan edib.
E-huquq.az xəbər verir ki, bu barədə "Press TV" İran ordusunun bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, zərbələr pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.
Məlumata görə, hədəflər ABŞ Quru Qoşunlarının Əl-Üdeyri düşərgəsində yerləşən sursat anbarı, həmçinin Küveytdəki Əli Əs-Salem aviabazasında yerləşən Patriot hava hücumundan müdafiə sisteminin radarı və hava müşahidə radarı olub.
Hücumun nəticələri, mümkün dağıntılar və itkilərlə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.