İordaniya İrana nota verdi


  • 19 İyul 23:00

İordaniya Xarici İşlər Nazirliyi (XİN) İranın ölkə ərazisinə davam edən raket hücumları ilə bağlı bu ölkənin Ammandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb və ona etiraz notası təqdim edib.

E-huquq.az xəbər verir ki, rəsmi Amman iranlı diplomata hücumların dərhal dayandırılması barədə Tehrana mesaj çatdırmağı tapşırıb.

Bildirilib ki, İordaniya İranın hücumlarını pisləyir:

"Bu hücumlar krallığın suverenliyinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tamamilə ziddir".

Xatırladaq ki, bundan əvvəl İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı hava hücumundan müdafiə (HHM) sistemlərinin krallığı hədəf alan dörd İran raketindən üçünü zərərsizləşdirdiyini açıqlamışdı.

Oxşar xəbərlər