- 20 İyul 22:06
Türkiyənin Şanlıurfa vilayətində Fərat çayının sahilində piknik edən 26 nəfər suyun səviyyəsinin qəfil yüksəlməsi nəticəsində köməksiz vəziyyətdə qalıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər ki, hadisə Şanlıurfa-Adıyaman avtomobil yolunda yerləşən Karababa körpüsü yaxınlığında baş verib. Çayın səviyyəsinin artması nəticəsində qrupun olduğu ərazi adacığa çevrilib və onlar təhlükəsiz şəkildə ərazini tərk edə bilməyiblər.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə jandarma, AFAD, Şanlıurfa və Adıyaman Polis İdarələrinin dalğıc qrupları, eləcə də təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri cəlb olunub.
Xilasetmə əməliyyatı zamanı adacıqda qalan 26 nəfər qayıqlar vasitəsilə təhlükəsiz şəkildə təxliyə edilərək xilas olunub. H
adisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə