- 20 İyul 22:06
Venesuelada iyunun 24-də baş verən güclü zəlzələ nəticəsində ölənlərn sayı 5 208 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanların sayı 16 740 nəfər təşkil edir.
107 müvəqqəti düşərgədə 23 820 nəfər yerləşdirilib.
Rodrigez bildirib ki, bu günədək 128 324 ailəyə yardım çatdırılıb.
Yerli mətbuatda yayılan xəbərə görə, zəlzələlərdən sonra bölgədə ümumilikdə 1 388 afterşok (təkan) qeydə alınıb.
Ərazilərin təmizlənməsi və bərpası məqsədilə başladılmış "Ətraf Mühitin Bərpası Planı" üzrə irəliləyişin əldə olunduğunu bildirilib.
Ekosistemi yenidən canlandırmaq məqsədilə bölgəyə məxsus bitki növləri əkiləcək.
Humay Eminqızı