Məzmuna keç

Konqoda Ebola virusundan ölənlərin sayı 930 nəfərə çatıb

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 930 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media İşləri Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində virus səbəbindən 37 nəfər ölüb.

Hazırda 2 344 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.

Xəstəxanalarda və karantin məntəqələrində 724 nəfər müalicə alır.

Humay Eminqızı