İranda güclü zəlzələ olub


  • 20 İyul 11:25

İranın qərbində 4,5 və 4,9 maqnitudalı iki zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Hər iki zəlzələ 750 mindən çox əhalisi olan Kariz şəhərindən 75 kilometr qərbdə qeydə alınıb.

İlk yeraltı təkan UTC vaxtı ilə saat 03:43-də, ikinci isə beş dəqiqə sonra baş verib.

Zəlzələ ocaqları müvafiq olaraq 2 və 11 kilometr dərinlikdə yerləşib.

Humay Eminqızı

Oxşar xəbərlər