- 20 İyul 22:06
Fransada cari ildə 32 min hektardan çox ərazi yanıb.
E-huquq.az yerli KİV-ə istinadən xəbər verir ki, yanğınlara havadan və qurudan müdaxilələr davam edir.
Dünən ölkənin cənub-şərqindəki Var departamentinin müxtəlif ərazilərində baş verən yanğınları söndürmək üçün 600-dən çox yanğınsöndürən cəlb edilib.
Var departamentinin Taradeo qəsəbəsində yanğın dünəndən bəri 200 hektardan çox ərazini külə çevirib.
Məlumata görə, Korsika adasındakı Yuxarı Korsika departamentinin meşəlik ərazilərində iyulun 12-də başlayan iki yanğın hələ söndürülməyib.
Fransanın meteorologiya agentliyi "Meteo-France" bu gün ölkənin 27 departamenti üçün yüksək yanğın təhlükəsi barədə xəbərdarlıq edildiyini açıqlayıb.
Humay Eminqızı