Məzmuna keç

ABŞ-də benzinin qiymətləri yenidən qalxıb

ABŞ-də benzinin orta qiyməti 1 qallon (3,79 litr) üçün 4 dollara yüksəlib.

E-huquq.az xəbər verir ki, Milli Avtomobil Assosiasiyası bu barədə məlumat yayıb.

Dizel yanacağının bir qallonunun qiyməti isə 5,10 dollara çatıb.

Qeyd edək ki, iyulun əvvəlində bir qallon benzinin qiyməti 3,84 dollar, dizel yanacağının qiyməti isə 4,81 dollar idi.

Ən bahalı benzin ABŞ-nin Kaliforniya ştatındadır. Belə ki, orada bir qallonun qiyməti 5,49 dollara çatıb.

Humay Eminqızı