- 20 İyul 22:06
Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda işçiləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 19 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İlkin məlumata görə, avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, yanğınsöndürmə, jandarma və polis əməkdaşları cəlb olunub.
Qəza nəticəsində sürücü və avtobusda olan 18 işçi müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım avtomobilləri ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Məlumata görə, xəsarət alanların həyatı üçün təhlükə yoxdur və onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Şəbnəm Mehdizadə