- 20 İyul 22:06
Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağınd atəşkəsi pozması nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 1 158 nəfərə, yaralananların sayı isə 3 756 nəfərə çatıb.
İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 283 nəfərə, yaralananların sayı isə 173 864 nəfərə çatıb.
Qəzzada uşaqlar arasında suçiçəyi faktlarının sayı təxminən 10 000-ə çatıb. Hamilə qadınlar arasında anemiya halları 50-55 faizə yüksəlib.
Humay Eminqızı