- 20 İyul 22:06
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 917 pilotsuz uçuş aparatını (PUA) vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 8 idarə olunan aviabomba da məhv edilib.
Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 185 525 pilotsuz uçuş aparatı (PUA), 66 970 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 829 səhra artilleriya qurğusu və minaatan, 30 222 ədəd tank və digər zirehli döyüş texnikası, 1 761 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 666 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.
Humay Eminqızı