Avropa Komissiyası “AliExpress”i cərimələyib


  • 20 İyul 14:57

Avropa Komissiyası (AK) “AliExpress”i 550 milyon avro məbləğində cərimələyib.

E-huquq.az xəbər verir ki, bu barədə AK-nin bəyanatında qeyd olunub.

Məlumata görə, Çinin ticarət platforması təhlükəsiz olmayan və ya saxta malların ticarəti riskinin qarşısını effektiv şəkildə ala bilmədiyi üçün cərimələnib.

AK altı aydan sonra “AliExpress”in biznes təcrübələri ilə bağlı yeni qiymətləndirmə aparacaq. Əgər problemlər həll olunmasa, əlavə cərimələr tətbiq edilə bilər.

Humay Eminqızı

Oxşar xəbərlər