- 20 İyul 22:06
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Belqorod vilayətinin Şebekino şəhərində sərnişin avtobusuna hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksandr Şuvayev məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində biri azyaşlı olmaqla 5 nəfər həlak olub, üçünün vəziyyəti ağır olmaqla 23 nəfər yaralanıb.
Humay Eminqızı