- 16:10
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda tətil üçün qohumlarının yanına gələn iki bacı su anbarında boğularaq həyatını itirib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mervenur Çakırtaş və Edanur Çakırtaş sərinləmək məqsədilə su anbarına daxil olublar. Bir müddət sonra onların gözdən itdiyi bildirilib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə jandarma, təcili tibbi yardım, AFAD, axtarış-xilasetmə qrupları və dalğıclar cəlb olunub.
Axtarış-xilasetmə işləri zamanı ətrafdakı vətəndaşların da köməyi ilə sudan çıxarılan iki bacının həyatını itirdiyi müəyyən edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə