- 16:10
Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5 278 nəfərə yüksəlib.
E-huquq.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges sosial media hesabında yaydığı açıqlamada bildirib.
Onun sözlərinə görə, yaralananların sayı isə 16 740-a çatıb.
Yerli KİV-in məlumatına görə, iyunun 24-dən indiyədək zəlzələlərin baş verdiyi bölgədə ümumilikdə 1 405 afterşok qeydə alınıb.
Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodrigesin rəhbərliyi ilə paytaxt Karakasda keçirilən mərasimdə zəlzələdən zərər çəkmiş 240-dan çox ailəyə hökumət tərəfindən inşa edilən ilk yaşayış evləri təqdim olunub.
Delsi Rodriges bildirib ki, zərərçəkən ailələrə hər ay mərhələli şəkildə mənzillər veriləcək. Onun sözlərinə görə, ilin sonunadək 4 min mənzilin tikintisinin başa çatdırılması, 2027-ci ildə isə bu rəqəmin 10 mini keçməsi planlaşdırılır.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib.
Şəbnəm Mehdizadə