"Tasnim": Hörmüz boğazında iki neft tankerində partlayış baş verib


  • 12:02

İran mediası Hörmüz boğazından keçən iki neft tankerində partlayış baş verdiyini iddia edib.

E-huquq.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun bununla bağlı açıqlaması "Tasnim" xəbər agentliyi tərəfindən yayımlanıb.

Açıqlamaya görə, Hörmüz boğazının cənubunda təhlükəli və etibarsız marşrutdan keçməyə çalışan iki neft tankerində partlayış baş verib və nəticədə yanğın yaranıb.

Bildirilib ki, ABŞ-nin bölgədəki hərbi əməliyyatları davam etdiyi müddətdə Hörmüz boğazı bağlı qalacaq və bu marşrut vasitəsilə bir damla belə neft və ya təbii qazın təhlükəsiz şəkildə daşınmasına imkan verilməyəcək.

Xatırladaq ki, İran Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya bir gün əvvəl ölkəsinə qarşı hücumlarda ABŞ ilə əməkdaşlıq edən dövlətlərə məxsus gəmilərin Hörmüz boğazından keçərkən problemlərlə üzləşəcəyini bildirmişdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər