Məzmuna keç

İstanbulda hərəkətdə olan metrobusda yanğın baş verib

Türkiyənin İstanbul şəhərinin Beylikdüzü rayonunda hərəkətdə olan metrobusda naməlum səbəbdən yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, metrobus hərəkətdə olarkən nəqliyyat vasitəsindən qəfil tüstü qalxmağa başlayıb.

Əraziyə yanğınsöndürmə və digər aidiyyəti xidmətlərin əməkdaşları cəlb edilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə