- 17:36
Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində musson yağışlarının səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində həlak olanların sayı 28-ə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
Son sutka ərzində sərhədyanı Punç və Doda ərazilərində torpaq sürüşmələri nəticəsində yaşayış evlərinin uçması səbəbindən uşaqlar da daxil olmaqla 10 nəfər həlak olub. Bu ərazilər Racouri rayonu da daxil olmaqla daşqınlardan ən çox zərər çəkən bölgələr sırasındadır.
Sözügedən ərazilərdə çoxlu sayda nəqliyyat vasitəsi hələ də su altında qalıb.
Rəsmilərin sözlərinə görə, zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə əməliyyatlarını gücləndirib.
Güclü yağışlar strateji əhəmiyyətli Jammu-Srinagar şosesinin bəzi hissələrində nəqliyyatın hərəkətini pozub.
Səlahiyyətli qurumlar yaxın günlərdə leysan yağışlarının davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Humay Eminqızı