- 17:36
Şri-Lankanın Homaqama şəhərində qoruyucu dəbilqələr istehsal edilən zavodda güclü yanğın olub.
E-huquq.az xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.
Yanğın baş verən zaman binada 80-dən çox əməkdaşın olduğu bildirilib.
Hadisə nəticəsində azı 5 nəfər həlak olub.
Yanğın nəzarət altına alınıb. Binanın içərisində qala biləcək şəxslərin axtarışı davam edir.
Humay Eminqızı