- 17:36
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 655 pilotsuz uçuş aparatını (PUA) vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 7 ədəd uzaqmənzilli “Flaminqo” qanadlı raket məhv edilib.
Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 186 190 pilotsuz uçuş aparatı (PUA), 67 057 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 842 səhra artilleriya qurğusu və minaatan, 30 239 ədəd tank və digər zirehli döyüş texnikası, 1 762 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 667 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.
Humay Eminqızı