Konqoda sutka ərzində 37 nəfər Ebola virusundan həyatını itirib


  • 14:51

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 967 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media İşləri Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində virus səbəbindən 37 nəfər ölüb.

Hazırda 2 423 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.

Xəstəxanalarda və karantin məntəqələrində 734 nəfər müalicə alır.

Humay Eminqızı

Oxşar xəbərlər