Yüzlərlə Tacikistan vətəndaşı Rusiyadan ekstradisiya edilib


  • 15:27

2026-cı ilin birinci yarısında Rusiya axtarışda olan 373 Tacikistan vətəndaşını ekstradisiya edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda məlumat verib.

O bildirib ki, respublikanın 117 vətəndaşı Rusiya ərazisində saxlanılıb.

Rəhimzodənin sözlərinə görə, hazırda Tacikistanın 4 225 vətəndaşı İnterpol xətti ilə beynəlxalq axtarışdadır. Onlardan 403 nəfər cari ilin ilk yarısında bu siyahıya daxil edilib.

Humay Eminqızı

Oxşar xəbərlər