- 17:36
Moldova Respublikasının Rusiya Federasiyasındakı səfiri Lilian Darii Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb 1961-ci il tarixli Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasını kobud şəkildə pozması olub.
Nazirliyin məlumatına görə, iyulun 19-da Kişinyovda Moldova polisi Rusiyanın səfirliyinə məxsus avtobusu sənədləri yoxlamaq məqsədilə saxlayıb və heç bir izahat vermədən onun diplomatik qeydiyyat nişanlarını çıxarıb. Polis əməkdaşları səfirliyin əməkdaşlarına qarşı fiziki güc tətbiq edib və onları saxlanılmaqla hədələyiblər. Rusiya səfirliyinin vəziyyəti aydınlaşdırmaq üçün Moldova Xarici İşlər Nazirliyindən hadisə yerinə nümayəndə göndərilməsi ilə bağlı müraciəti isə diqqətdən kənarda qalıb.
İyulun 20-dən 21-nə keçən gecə Leuşeni sərhəd-keçid məntəqəsində daha bir insident baş verib. Rusiya səfirliyinin əməkdaşları xidməti yükü Rusiyaya aparmaq məqsədilə Moldovadan çıxarkən heç bir əsas olmadan dörd saatdan çox sərhəddə saxlanılıblar.
Humay Eminqızı