- 17:36
Qəzzada ölənlərin sayı 73 min 293 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, son sutka ərzində Qəzza zolağına endirilən zərbələr nəticəsində 9 mülki şəxs həyatını itirib, 42 nəfər isə yaralanıb.
Bildirilib ki, daha əvvəlki hücumlar zamanı xəsarət alan bir nəfər də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Açıqlamada qeyd olunub ki, oktyabrın 10-da atəşkəs qüvvəyə mindikdən sonra ölənlərin sayı 1 168 nəfərə çatıb. Dağıntılar altından çıxarılan şəxslərin sayı 802, yaralıların sayı isə 3 798 nəfər təşkil edib.
Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağına hücumlarının başladığı 2023-cü il oktyabrın 7-dən etibarən ölən mülki şəxslərin ümumi sayının 73 min 293 nəfərə, yaralıların sayının isə 173 min 906 nəfərə yüksəldiyini açıqlayıb.
Şəbnəm Mehdizadə