İranda güclü istilər səbəbindən dövlət qurumları fəaliyyətini dayandırıb


  • 17:36

İranın cənub-şərqində yerləşən Kirman vilayətində havanın temperaturunun kəskin yüksəlməsi və elektrik enerjisi sisteminin sabitliyinin qorunması məqsədilə dövlət qurumları və təhsil müəssisələrinin fəaliyyətinə fasilə verilib.

E-huquq.az , İranın rəsmi IRNA agentliyinə istinadən xəbər verir ki, qərar Kirman vilayətinin rəhbərliyi tərəfindən qəbul edilib.

Açıqlamada bildirilib ki, güclü isti hava dalğası və enerji şəbəkəsinin davamlı fəaliyyətini təmin etmək məqsədilə vilayətdəki bütün dövlət idarələri və təhsil mərkəzləri sabah bağlı olacaq.

Qeyd olunub ki, qərar təcili yardım, səhiyyə, xidmət, hərbi və təhlükəsizlik strukturlarına, eləcə də müəyyən edilmiş bank və sığorta filiallarına şamil edilmir.

İsti və yarımsəhra iqliminə malik Kirman vilayətində son illərdə havanın temperaturunun rekord həddə yüksəldiyi, güclü istilərin isə əhalinin gündəlik həyatına mənfi təsir göstərdiyi bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər