Türkiyədə sərnişin avtobusu aşdı: 31 nəfər yaralandı


  • 09:17

Türkiyənin Kütahya-Afyonkarahisar avtomobil yolunda sərnişin avtobusunun aşması nəticəsində azı 31 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus əvvəlcə yol kənarındakı baryerlərə çırpılıb, daha sonra aşıb.

Hadisə yerinə AFAD, yanğınsöndürmə, təcili tibbi yardım, polis və jandarma əməkdaşları cəlb edilib.

İlkin məlumata əsasən, qəza nəticəsində 31 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar təcili yardım avtomobilləri ilə ətrafdakı xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər